AZ

Kartında pulu olan hər kəsə DİN-dən XƏBƏRDARLIQ

“Əfsuslar olsun ki, yay mövsümünün gəlişi ilə bağlı müxtəlif işbazlar tərəfindən vətəndaşın etibarından sui-istifadə etməklə dələduzluq halları müşahidə olunur.Həmin işbazlar tur paket satmaq, hotel bron etmək, həmçinin aviabilet almaq məqsədilə vətəndaşların pulunu mənimsəyirlər”.

Yenicag.az-ın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, bu sferada kibercinayətkarlıq faktı da danılmazdır.

“Belə ki, tanınmış tur şirkətlərinin sayt interfeysini yaratmaqla vətəndaşlara ucuz qiymətə tur paketlər təklif oluna bilər. Şirnikləndirici vədə aldanıb linkə daxil olaraq bank kart məlumatlarını yazdıqda isə hesabdakı vəsait sıfırlanır.

Vətəndaşlarımızın diqqətinə çatdırırıq ki, tur paket almamışdan əvvəl mütləq araşdırma aparsınlar, inandıqları turizm şirkətlərinə müraciət etsinlər, şübhəli linklərə daxil olmasınlar. Dələduzluqla üzləşdikləri təqdirdə isə mütləq polis orqanlarına müraciət etsinlər”.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
12
Mənbələr
Şərh ()
Bağla