AZ

"İlin sonuna qədər sülh müqaviləsi bağlana bilər" - Politoloq

"İlin sonuna qədər sülh müqaviləsi bağlana bilər" - Politoloq

Almatı Bəyannaməsi Ermənistan və Azərbaycan arasında sərhədlərin demarkasiyanın əsas prinsipi kimi hər iki tərəfdən qəbul edilib. Bu, geridönüşü olmayan reallıqdır, bu, hər iki ölkə tərəfindən yüksək səviyyədə bəyan edilib. Bunu baş nazir Nikol Paşinyan mətbuat konfransında deyib. Onun sözlərinə görə, Almatı Bəyannaməsinin sülh müqaviləsinə daxil edilməsi məsələsi Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Almatıda keçiriləcək görüşü zamanı müzakirə olunacaq.

Məsələ ilə bağlı politoloq Məhəmməd Əsədullazadə Sonxeber.az-a açıqlama verib.

Politoloq bildirib ki, ilin axırına qədər sülh müqaviləsi bağlana bilər:

"Azərbyacanla Ermənistan arasında sərhədlərin delimitasiyası 40 faizi razılaşdırılıb. Proses hələ də davam edir. Almatı Bəyənnaməsi 1991-ci sərhədləri əsas götürülüb. Bunu Azərbaycan və Ermənistan da qəbul edib. May 10-da keçiriləcək xarici işlər nazirlərinin keçiriləcək görüşündə sülh məsələsi müzakirə olunacaq. Paşinyanda da COP 29-a qədər sülh müqaviləsinin bağlana biləcəyini bildirmişdi. Artıq Ermənistan da payıza qədər sülh müqaviləsinin ola ciləcəyini bildirir. Mayın 10-dan sonra çox müsbət irəliləyişlər olacaq. Biz bu prosesin artıq müsbətə doğru deyişdiyini görürük. Bu görüşdə sülhün əsas bəndlərinin əsas bəndləri artıq razılaşıb. Sadəcə bəzi problemlər var. Bu problemlər xarici işlər nazirlərinin görüşündə həll oluna bilər. İlin axırına qədər sülh müqaviləsi bağlana bilər"

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
sonxeber.az

1Mənbələr