AZ

NASA yeni iddia irəli sürdü

Afrika və Sakit Okeanın tektonik plitələri altında aşkar edilən iri ləkələr şəklində olan qalıqlar Yerin başqa planetlə toqquşması nəzəriyyəsinə əsas verib.   Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, nəzəriyyəyə əsasən 4,5 milyard il əvvəl Mars böyüklüyündə olan "Theia" adlı planet Yerə çarpdıqdan sonra lava parçalarına bölünüb. “Theia”nın qalıqlarının bir hissəsi Yerdə qalsa da, qalanlarının hara getdiyi məlum deyil. Bu parçaların Ayı əmələ gətirdiyi iddia edildi. NASA-nın Gravity Recovery and Interior Laboratory (GRAIL) kosmik gəmisi Ayın dərinliklərində “qravitasiya anomaliyaları” aşkar edib. Bundan sonra Ay səthinin dərinliklərində aparılan araşdırmalar titan və dəmir filizi yataqlarını aşkar edib. Alimlər bunun “Theia” qalıqlarının Ayı əmələ gətirdiyi nəzəriyyəsini sübut etdiyini iddia ediblər. Əfsanə Rəcəb Manşet.az

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
Mənbələr
Şərh ()
Bağla