AZ

Abşeronda Heydər Əliyevlə bağlı tədbir keçirildi - FOTOLAR

Müasir Azərbaycanın memarı, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibəti ilə Abşeron rayonunda tədbir keçirilib.

Publika.az xəbər verir ki, Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində təşkil edilən tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, YAP Abşeron Rayon Təşkilatının sədri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibəsi iştirakçıları və rayon ictimaiyyəti iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderin adını daşıyan Parkda yerləşən abidəsinin önünə gül dəstələri düzüb, xatirəsini böyük ehtiramla yad ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev çıxış edərək bildirib ki, müstəqil, suveren, qüdrətli və güclü Azərbaycan Ümummilli Lider Heydər Əliyevin şah əsəridir. Xalqımızın nicatı, ölkəmizin surətli inkişafı, bu günki qələbələrimiz və nailiyyətlərimizin məhz Ulu Öndərin adı ilə bağlı olduğunu vurğulayan RİH başçısı qeyd edib ki, bütün bu nailiyyətlərimizin dərin özüllərini, əsasını məhz Heydər Əliyev qoyub, Azərbaycanımızın gələcək inkişafını təmin edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
105
10
publika.az

3Mənbələr