AZ

Türkiyə Kubokunda hər iki finalçı bəlli oldu - Video

Bu gün futbol üzrə Türkiyə Kubokunda 2023/2024 mövsümünün yarımfinal mərhələsinin cavab qarşılaşmalarına yekun vurulub.

Arena.az xəbər verir ki, bu gün sonuncu finalçının adına aydınlıq gəlib.

Səfərdə “Fatih Karagümrük”lə qarşılaşan “Trabzonspor” darmadağına sevinib. İlk oyunda da qələbə qazanmış (3:2) Trabzon təmsilçisi növbəti finalçı olub.

Xatırladaq ki, daha öncə “Beşiktaş” “Ankaragücü” ilə yarımfinal görüşlərindən qalib ayrılmaqla finala çıxmışdı.

Beləliklə, Türkiyə Kubokunda 2023/2024 mövsümünün final matçında “Trabzonspor” və “Beşiktaş” komandaları üz-üzə gələcəklər. Həlledici qarşılaşma mayın 23-də keçiriləcək.

Türkiyə Kuboku
Yarımfinalın cavab oyunları

7 may

Beşiktaş – Ankaragücü 1:0
Qol: Ernest Muçi, 70.
İlk oyun – 0:0.

8 may

Fatih Karagümrük – Trabzonspor 0:4
Qollar: Onuaçu, 54. Funtas, 69. U.Bozok, 73; 77.
İlk oyun – 2:3.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
arena.az

1Mənbələr