AZ

"Ağlaya-ağlaya gəlirlər"... - Estetik çılğınlığı

"Fotoşopla çəkilmiş şəkillərini göstərmək və fotoşəkildəki şəxsə bənzəmək istəyənlər var. İnsanlar özlərini reallıqlarından fərqli şəkildə ictimaiyyətə göstərdikdə mütləq bir çox psixoloji, sosioloji, etik və əxlaqi problemlər ortaya çıxacaq"

Ucnoqta.az xəbər verir ki, bu barədə məşhur estetik prof. dr. Hayati Akbaş deyir.
Sosial mediadan istifadə günü-gündən adi hala çevrilir. İnsanlar fotoşopla çəkdikləri şəkilləri sosial şəbəkələrdə yerləşdirdikdən sonra real həyatda onlara oxşamaq üçün estetik mərkəzlərə müraciət edirlər.

"Plastik cərrah olaraq bunun düzgün yanaşma olduğunu düşünmürəm. Yanıma bir xanım gəldi. 25 yaşlarında bir gənc qız idi. Fotoşopla çəkilmiş şəklini sosial şəbəkədə paylaşaraq bir gənclə dialoqa başlayıb.

Evlənmək məqamına gəlib. Qız ağlaya-ağlaya yanıma gəldi. Həmişə sosial şəbəkədə fotoşopla çəkdiyim şəkillərdən istifadə etdim, kiminləsə tanış oldum. Adam mənim o versiyamı bilir, amma bu mənim əsl mənliyimdir" – mütəxəssis deyir.
İnsanın əsl mənliyi ilə sosial mediada istifadə etdiyi fotolar arasında heç bir əlaqə yoxdur. Qız ağlayaraq "məni belə göstər" deyir. Belə bir şey qətiyyən doğru deyil.
İnsanlar özlərini cəmiyyətə həqiqi mənliyindən fərqli şəkildə təqdim etdikdə mütləq bir çox psixoloji, sosioloji, etik və əxlaqi problemlər ortaya çıxacaq.
Əgər insanın sifətində və görünüşündə problem varsa, plastik cərrahiyyənin bir qolu var.

Plastik cərrahiyyə o bədəni daha yaxşı hala gətirə bilər.
Fotoşopla çəkilmiş bu fotolardan nəsə qazanmağa çalışmaq son dərəcə yanlışdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
Mənbələr
Şərh ()
Bağla