AZ

Münaqişə genişlənir: daha bir şəhərə hücum edildi

İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağının cənubundakı Rəfah şəhərində  genişmiqyaslı hücuma keçib.

Medianews.az xəbər verir ki, bu barədə “Walla” məlumat yayıb.

“Son bir neçə saat ərzində İsrail Müdafiə Qüvvələri artilleriya və aviasiyanın iştirakı ilə Rafahdakı terrorçu hədəflərə genişmiqyaslı hücuma keçib”, – nəşr qeyd edir.

Xatırladaq ki, BMT və bir sıra ölkələr İsrailin həmin hərəkətindən narahatlığını bildirib. ABŞ məhz Rəfahın işğalı səbəbindən İsrailə silah-sursat verilməsini dayandırıb.

Ayşən

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
medianews.az

1Mənbələr