AZ

Rusiya prezidenti Putin Çinə gedir - Pekin tarix verdi

Rusiya prezidenti Vladimir Putinin Çinə rəsmi səfər edəcəyi bildirilib.   Manset.az-ın xarioci mediaya istinadən məlumatına görə, bu barədə Kreml açıqlama verib. Açıqlamaya görə, Putin prezident seçildikdən sonra ilk xarici səfərini Çinə edəcək. Çin Xarici İşlər Nazirliyindən verilən açıqlamaya görə, Rusiya lideri çinli həmkarı Xi Cinpinin dəvəti ilə mayın 16 və 17-də ölkəyə səfər edəcək. Səfər zamanı iki ölkə arasında praktiki əməkdaşlığın gələcək inkişafının əsas istiqamətləri müəyyənləşdiriləcək, aktual beynəlxalq və regional problemlər ətrafında fikir mübadiləsi aparılacaq. Əfsanə Rəcəb

Manşet.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
manset.az

1Mənbələr