AZ

“Qəza yerindən gələn məlumatlar narahatlıq doğurur”

“İran Prezidenti İbrahim Rəisi və xarici işlər nazirini daşıyan helikopter bazar günü qatı duman içində dağlıq ərazini keçərkən qəzaya uğrayıb”.   Manset.az  xəbər verir ki, bunu İran rəsmisi “Reuters” agentliyinə bildirib. Rəsmi şəxs bildirib ki, Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahianın həyatı helikopter qəzasından sonra risk altındadır: “Bizim hələ ki, ümidimiz var, lakin qəza yerindən gələn məlumatlar çox narahatlıq doğurur”.

Qeyd edək ki, İran TV-lərində bütün proqramlar dayandırılıb. Televiziyalar bütün ölkə üzrə Rəisi üçün duaların edildiyini və ekranın bir küncündə sıx dumanda dağlıq ərazidə piyada axtarış aparan xilasetmə qruplarının canlı yayımını göstərirlər. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
2
manset.az

3Mənbələr