AZ

Muğlada ZƏLZƏLƏ

Türkiyənin Muğla vilayətində yenidən zəlzələ qeydə alınıb.

Cebhe.info xəbər verir ki, bu barədə AFAD-ın rəsmi X səhifəsində məlumat yayılıb.

Bildirilib ki, vilayətin Datça rayonunda baş verən yeraltı təkan Rixter şkalası ilə 4.1 ballıq maqnituda ilə qiymətləndirilib.

Ocağı yerin 11.2 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.

Episentr Aralıq dənizində yerləşib.

Cebhe.info

Seçilən
604
16
cebheinfo.az

10Mənbələr