Bakı. Trend:
Papua-Yeni Qvineya sahillərində 5,9 bal gücündə zəlzələ qeydəalınıb.
Trend-in məlumatına görə, bu barədə Avropa-Aralıq dəniziSeysmoloji Mərkəzi bildirib.
Məlumata əsasən, zəlzələnin episentri təxminən Rabaul şəhərindən113 km şimal-qərbdə olub. Yeraltı təkanların ocağı 10 km dərinlikdəyerləşib.
Zərər çəkən və dağıntılar barədə məlumat verilməyib. Sunamitəhlükəsi elan olunmayıb.