AZ

Serialda aktyor dəyişikliyi onun reytinqinə təsir göstərirmi? - Ssenaristdən ŞƏRH

Bu gün kütləvi mədəniyyət kimi tandığımız nümunələr, əslində dünya mədəniyyətinin ayrılmaz tərkib hissəsinə çevrilməkdədir. Bu qəbildən televiziya serialları XX əsrdə meydana çıxan kütləvi mədəniyyətin fenomenini təqdim edir, dünya televiziya şəbəkəsinin həm yaradıcı, həm də kommersiya tələblərini təmin etmiş olur. Nəzərə almaq lazımdır ki, tamaşaçı auditoriyası həmişə o televiziya məhsullarına etibar edir ki, məhz auditoriyanın oyun şərtlərinə uyğunlaşa bilirlər. Televiziya seriallarının başlıca cəhətlərindən biri də onların məhz hər kəsin anlaya biləcəyi dildə, daha tez qavranılan bədii-ifadə vasitələrinin istifadə yolu ilə təqdim edilmələridir. 

Serialın mövzusu qədər oradakı aktyor kollektivi, aktyor çıxışı da vacibdir. Uzun müddət televiziya ekranlarında davam edən seriallarda çox vaxt aktyor dəyişikliyinin şahidi oluruq. Ya aktyor həmin serialdan çıxarılaraq obrazın iştirakına son qoyulur, ya da ki, obraz saxlanılaraq onu ifa edən aktyor dəyişdirilir. 

Serialda aktyor dəyişikliyi onun reytinqinə necə təsir göstərir?

Məsələ ilə bağlı yazıçı, ssenarist Cəlil Cavanşir də öz münasibətini bildirib:

alt“Serial bədii filmdən fərqli olaraq davamlı prosesdir. Onun uzun və ya qısa çəkəcəyi, əlbəttə ki, tamaşaçı reytinqlə bağlı olan məsələdir. Düşünürəm ki, davam edən serialda qəhrəmanların dəyişməsi, serailın reytinqinə mənfi təsir edir. Ancaq serial elə bir sənayedir ki, hansısa aktyora görə davam edən serialı saxlamaq da olmaz. Şəxsən mən serialda belə dəyişikliyi normal hesab edirəm”. 

 

Fidan Ramazan

Seçilən
213
10
mediapost.az

10Mənbələr