EN

Atatürkə oxşayan şəxsin 1 saata qazandığı pul DODAQ UÇUQLATDI

Milasda Atatürkçü Düşüncə Dərnəyinin təşkil etdiyi Cümhuriyyət yığıncağında Atatürkə oxşarığı ilə diqqət çəkən və masaları dolaşan Necdət Bardakın 1 saata qazandığı pul müzakirələrə səbəb olub.

Publika.az BAKU.WS-ə istinadən xəbər verir ki, 1 saat masalara yaxınlaşan Bardak 10-25 min lirə arası qazanıb.

"Qarşımda heç bir qanuni maneə yoxdur, buna davam edəcəm" - deyə o bildirib.

Xatırladaq ki, Atatürkə bənzəyən digər şəxs - sosial media fenomeni Serdar Görel də 29 oktyabrda sosial mediada açdığı canlı yayım və topladığı ianələrlə gündəm olmuşdu.

Fotoda - Necdət Bardak

Chosen
150
9
publika.az

9Sources