EN

İqlim dəyişikliyi ilə mübarizədə atılan adımların şəffaflığına ehtiyac var - Asel Raimkulova

İqlim dəyişikliyi bütün insanlıq üçün təhlükədir və iqlim dəyişikliyi ilə mübarizədə atılan adımların şəffaflığına ehtiyac var.

Olaylar xəbər verir ki, bu barədə Qırğızıstanın milli resurslar və ekologiya nazirinin müavini Asel Raimkulova Bakıda keçirilən iqlim şəffaflığı məsələlərinə dair yüksək səviyyəli dialoqda çıxışı zamanı bildirib.

O, 2 illik milli şəffaflıq hesabatlarının (BTR) müzakirəsinin vacibliyini qeyd edib, çünki bu hesabatlar olmadan iqlim problemlərinin həllində irəliləyiş əldə etmək çətin olacaq.

"Hazırda BTR üzərində işləyirik, bu isə Paris Sazişinin 13-cü maddəsinin həyata keçirilməsi üçün zəruridir. Qırğızıstan BTR-ni cari ilin sonuna qədər təqdim etməyə çalışacaq. Belə hesabatlar iqlim məqsədlərinə çatmaq üçün qərarverici rol oynayır", - o vurğulayıb.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.

Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
101
50
olaylar.az

10Sources