
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva paraatlet Lamiyə Vəliyevanın Paris-2024 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanması münasibətilə paylaşım edib.
Qaynarinfo xəbər verir ki, Mehriban Əliyevanın rəsmi "Instagram" hesabındakı paylaşımında deyilir:
"Növbəti qələbəmiz! Dördqat dünya çempionu Lamiyə Vəliyeva "Paris-2024" Yay Paralimpiya Oyunlarında qızıl medal qazandı! İdmançımızı səmimi-qəlbdən təbrik edirəm! Azərbaycan azarkeşlərinə bəxş etdikləri sevincə görə bütün qaliblərə təşəkkürümü bildirirəm!".