EN

Azərbaycan akrobatları dünya çempionatında bürünc medal qazanıblar

Azərbaycanın akrobatika gimnastları Portuqaliyanın Qimarayeş şəhərində keçirilən dünya çempionatında bürünc medal qazanıblar.

Azərbaycan Gimnastika Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlüyü temp hərəkətlərinin icrasında yüksək nəticə göstərərək fəxri kürsünün üçüncü pilləsinə qalxıblar.

Onlar daha əvvəl qarışıq və balans hərəkətlərdə qızıl mükafata sahib çıxıblar.

Chosen
97
14
yeniazerbaycan.com

10Sources