EN

Bakıda TIR-larla yolu bağlayan şirkət rəhbərinə hökm oxundu

Külli miqdarda dələduzluqda təqsirləndirilən yükdaşıma xidmətləri ilə məşğul olan "R Group Azerbaijan" şirkətinin rəhbəri Rəmiş Cəfərovun və atası Zəkrəm Cəfərovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Publika.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Rəmiş Cəfərovun 6 il azadlıqdan məhrum edilib. Z.Cəfərova 2 il sınaq müddəti seçilməklə 5 il cəza verilib, şərti azadlıqda qalıb.

Qeyd edək ki, 2022-ci il fevralın 17-i səhər saatlarında "R Group Azerbaijan" şirkətinin sürücüləri Heydər Əliyev prospektində yolu bağlayıblar. Nəticədə saatlarla süni tıxac yaranıb. Hadisə ilə bağlı Rəmiş Cəfərov, Mirələm Məmmədov, Bəxtiyar Məmmədov və Elvin Məlikov polis əməkdaşları tərəfindən saxlanılıblar.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə cinayət işi başlanılıb.

Chosen
28
44
publika.az

10Sources