EN

U-17 millimiz (Qadınlar) yoldaşlıq görüşü keçirib

Gürcüstanda təlim-məşq toplanışında olan 17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası yoldaşlıq görüşü keçirib.
U-17 millimiz Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Gürcüstan Futbol Federasiyasının Rustavi şəhərində yerləşən akademiyasında baş tutan görüşdə meydan sahibləri 4:0 hesablı qələbə qazanıblar. Qeyd edək ki, bu komandalar arasında sentyabrın 30-da ikinci yoldaşlıq matçı keçiriləcək.
Chosen
65
15
affa.az

10Sources