EN

Mikayıl Cabbarov ilə xarici şirkət rəhbəri arasında görüş keçirilib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Technip Energies" şirkətinin İdarə Heyətinin üzvü Marko Villa ilə görüş keçirib.
Oxu.Az xəbər verir ki, bu barədə Mikayıl Cabbarov özünün "X" hesabında paylaşım edib.
"Ölkəmizin yaşıl artım və dayanıqlı inkişaf məkanına çevrilməsi prioritetinin reallaşdırılmasında xarici şirkətlərlə fəal əməkdaşlığımız davam edir. SOCAR-ın prezidenti Rövşən Nəcəflə birlikdə "Technip Energies" şirkətinin İdarə Heyətinin üzvü və biznes üzrə baş direktoru Marko Villa ilə keçirdiyimiz görüşdə birgə icra edilən layihələr, aşağıkarbonlu biznes həllərinə keçid və yeni əməkdaşlıq perspektivləri barədə fikirlərimizi bölüşdük", - deyə paylaşımda qeyd olunub.
Chosen
271
50
oxu.az

10Sources