EN

U-15 Qazaxıstana da uduzdu

15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Belarusun paytaxtı Minskdə təşkil olunan UEFA İnkişaf Turnirində üçüncü – sonuncu oyununu keçirib.

Fanat.Az xəbər verir ki, U-15 ABFF Təlim-Məşq Mərkəzində Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gəlib.

Görüş Qazaxıstan komandasının 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, millimiz turnir çərçivəsində daha əvvəl Belarus (1:2) və Rusiya (1:3) yığmalarıns da uduzub.

Chosen
306
6
fanat.az

7Sources