
Binə qəsəbə stadionunda süni ot örtüyünün dəyişdirilməsi işləri davam etdirilir.
Sportnet.az xəbər verir ki, yeni quraşdırılan süni ot örtüyü FIFA-nın ən son müasir standartlarına cavab verəcək və FIFA Quality PRO sertifikatına malik olacaq.
Binə qəsəbə stadionu hazırda I Liqa, II Liqa, Əvəzedicilər Liqası, həmçinin aşağı yaş qrupu üzrə komandalar tərəfindən istifadə olunur.