EN

Paşinyan: "KTMT ilə münasibətlərimizdə geriyə yol qalmayıb, nə istəyirlərsə, etsinlər"

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan ilə KTMT-nin münasibətlərinin geriyə dönməsi mümkün olmayan nöqtəyə çatdığını bəyan edib. Paşinyan parlamentdəki çıxışı zamanı Ermənistanın KTMT-də hansısa sənədin müzakirəsində iştirak etmədiyini, KTMT çərçivəsində qəbul edilən sənədlərlə maraqlanmadığını, İrəvan ilə təşkilatın münasibətinin geri qayıdışı olmayan nöqtəyə çatdığını qeyd edib.

Paşinyan deyib: "Biz KTMT-dəki fəaliyyətimizi dayandırdığımızı demişik. Bu isə hansısa sənədin müzakirəsində iştirak etmədiyimiz deməkdir. Biz sadəcə, heç bir sənədə qarşı veto qoymuruq. Çünki mahiyyətcə özümüzü KTMT-dən kənar hesab edirik - qoy nə istəyirlər, etsinlər. Bu situasiya Ermənistanın KTMT-yə qayıtmasını getdikcə daha da çətinləşdirir, hətta mümkünsüz edir. Məncə, biz burada geri qayıdışın olmadığı nöqtəyə çatmışıq".

Hürr Tərcüman

 

Chosen
65
18
hurriyyet.az

10Sources