EN

"İnteqral"ın rəhbəri ilə dövlət qurumu arasında cərimə mübahisəsi

"İnteqral" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) rəhbəri Əliağa Babayev cərimlənib. 

Valyuta.az xəbər verir ki, Dövlət Əmək Müfəttişliyi Xidmətinin Şirvan-Salyan Regional Şöbəsi Əliağa Babayevə İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə cərimə yazıb. 

192.4-cü maddə işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi ilə bağlıdır. 

Maddədə inzibati cəza növü kimi vəzifəli şəxslərin 700 manatdan 1500 manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur. 
Əliağa Babayev dövlət qurumunun qərarı ilə razılaşmayaraq məhkəməyə müraciət edib. 

Onun şikayətinə Nərimanov Rayon Məhkəməsində baxılacaq. 

Hafiz Kamranov iş üzrə hakim təyin edilib. 

Hüseyn

Chosen
63
3
valyuta.az

3Sources