ABŞ Maliyyə Nazirliyi iki şəxsə və iki təşkilata İran üçün həssas naviqasiya sisteminin hissələrinin hazırlanması və təchizatında iştirak etdiklərinə görə sanksiya tətbiq edib.
Bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi məlumat yayıb.
Bununla yanaşı ABŞ Dövlət Departamenti də SEPAH Aerokosmik Qüvvələri komandirinin müavini Hüseyn Məcid Musəvin İftixari,
Çekad Sənət Fəraz Asia şirkəti və Səd Saze Fəraz Sharif şirkətlərinin adlarını sanksiyalar siyahısına salıb.
ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller , sanksiyalarla bağlı verdiyi bəyanatda ABŞ-in İranın regionda və dünyada silahlarını genişləndirməsindən narahatlığını davam etdirdiyini bildirib.
"Bugünkü sanksiyalar İranın silahlı pilotsuz təyyarələr və ballistik raketlərin təhlükəli yayılmasının qarşısını almaq üçün Amerikanın davamlı səylərinin bir hissəsidir",- Miller qeyd edib.
visiontv.az