EN

Ülviyyə Həmzəyeva seçicilərinə hesabat verdi- 86 müraciət təmin edilib,104 məlumat daxil olub…..

Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva seçicilərinə hesabat verdi. XALQ.AZ xəbər verir ki, 5 saylı Babək-Naxçıvan-Culfa seçki dairəsindən Milli Məclisin deputatı olan Ülviyyə Həmzəyeva fəaliyyəti haqqında hesabat yayımlanıb.

Belə ki, millət vəkili   2024-cü ilin iyul – dekabr aylarında  18 vətəndaş qəbulu keçirib, 86 müraciət deputat tərəfindən təmin edilib,  12 beynəlxalq və yerli konfranslarda iştirak edib, 112 məqalə və açıqlama ilə yerli və xarici mətbuatda çıxış edib,95 tədbirdə iştirak edib. Qeyd edək ki, millət vəkili şəhid və qazi ailələri ilə mütəmadi görüşlər keçirir, parlament komitə və plenar iclaslarında qanun layihələrinin işlənməsində mədəniyyət  və digər sahələri əhatə edən qanunların təkmilləşdirilməsi ilə bağlı yeni təkliflər çıxış edir.

Chosen
78
9
xalq.az

10Sources