Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva seçicilərinə hesabat verdi. XALQ.AZ xəbər verir ki, 5 saylı Babək-Naxçıvan-Culfa seçki dairəsindən Milli Məclisin deputatı olan Ülviyyə Həmzəyeva fəaliyyəti haqqında hesabat yayımlanıb.
Belə ki, millət vəkili 2024-cü ilin iyul – dekabr aylarında 18 vətəndaş qəbulu keçirib, 86 müraciət deputat tərəfindən təmin edilib, 12 beynəlxalq və yerli konfranslarda iştirak edib, 112 məqalə və açıqlama ilə yerli və xarici mətbuatda çıxış edib,95 tədbirdə iştirak edib. Qeyd edək ki, millət vəkili şəhid və qazi ailələri ilə mütəmadi görüşlər keçirir, parlament komitə və plenar iclaslarında qanun layihələrinin işlənməsində mədəniyyət və digər sahələri əhatə edən qanunların təkmilləşdirilməsi ilə bağlı yeni təkliflər çıxış edir.