EN

Ən çox qar Qubanın Qrız kəndinə yağıb - FOTO

Bu gün səhər Quba və Qusarın dağlıq ərazilərinə qar yağması müşahidə edilib.

Qubadakı Regional Şimal-Şərq Hidrometeroĺogiya Mərkəzindən Bizim.Media-ya verilən məlumata görə, ən çox qar 20 sm olmaqla Qubanın Qrız kəndinə yağıb.

Bu kənddə -7,6 dərəcə də şaxta müşahidə edilib. Xınalıqda isə 3 sm qar, -7,4 dərəcə şaxta qeydə alınıb.

Qusarın Ləzə kəndinə 3 sm qar düşüb, -6 dərəcə şaxta müşahidə edilib.



Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Chosen
16
bizim.media

1Sources