EN

DTA tabeliyindəki qoruqları ziyarət edənlərin sayı artıb

Bakı.Trend:

Dövlət Turizm Agentliyinin tabeliyində olan qoruqları vəmuzeylərin 2024-cü ildə ziyarət edənlərin sayında 35 faiz artımolub.

TrendTrend xəbər verir ki,hazırda Dövlət Turizm Agentliyinin tabeliyindəki “Yanardağ” DövlətTarix-Mədəniyyət və Təbiət Qoruğuna və “Atəşgah məbədi” DövlətTarix-Memarlıq Qoruğuna giriş ödənişlidir.

Qeyd edilir ki, yerli və xarici ziyarətçilər üçün “Kiş”Tarix-Memarlıq Qoruğunun tərkibindəki Alban Məbədinə, “Yuxarı Baş”Milli Tarix-Memarlıq Qoruğunun tərkibində olan Xan Sarayına,Şəkixanovlar evinə, Şəki Xalq Tətbiqi Sənəti Muzeyinə, Şəki DövlətRəsm Qalereyasına, həmçinin “Lahıc” Dövlət Tarix-MədəniyyətQoruğunun tərkibində yerləşən Lahıc Tarix-Diyarşünaslıq muzeyinə,“Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunun tərkibindəki Hamammuzeyinə və yalnız xarici vətəndaşlar üçün “Diri Baba” türbəsinəbiletlə daxil olmaq mümkündür.

Qeyd olunan qoruq və muzeyləri 2024-cü ildə bilet alaraq ziyarətedənlərin sayı 35 faiz artaraq 663 459 nəfər (460 331 nəfəri xaricivətəndaş, 203 128 nəfər Azərbaycan vətəndaşı) təşkil edib. Əvvəlkiillərdən fərqli olaraq 2024-cü ildə ziyarətçilərin təxminən 70faizini əcnəbilər təşkil edib və bununla da 2023-cü illə müqayisədəxarici turistlərin sayında 48 faiz artım müşahidə olunub.

Qeyd edək ki, məktəblilər, əlillər və müharibə veteranları,şəhid ailələri və 12 yaşınadək xarici turistlər qeyd edilənkompleks, qoruq və muzeylərə ödənişsiz giriş haqqına sahibdirlər.2024-cü il ərzində ödənişsiz giriş haqqı olan 107 213 nəfər müvafiqkompleks, qoruq və muzeyləri ziyarət edib.

Ümumilikdə 2024-cü ildə bilet satışından əldə olunan 5 786 259manat vəsaitin 866 205 manatı ƏDV olaraq dövlət büdcəsinə ödənilib.Bununla da 2023-cü ilə nisbətən əldə edilən gəlirlərin məbləğində72 faizdən çox artım qeydə alınıb.

Eləcə də 13 iyun 2024-cü il tarixindən yerli və xaricituristlərin istifadəsinə verilən Palçıq Vulkanları TurizmKompleksini ziyarət edən 22 352 nəfərin 88 faizini əcnəbilər təşkiledib. Kompleks 2024-cü ildə bilet satışından 310 829 manat vəsaitəldə edib ki, bundan da 47 414 manatı ƏDV olaraq dövlət büdcəsinəödənilib.

Əlavə edilir ki, DTA-nın tabeliyindəki qoruq və muzeylərə girişqiymətləri yerli vətəndaşlar üçün 2 manat (Palçıq Vulkanları TurizmKompleksində 5 manat), tələbələr üçün 1 manat (Palçıq VulkanlarıTurizm Kompleksində 3 manat) təşkil edir. Xarici vətəndaşlar üçünqiymət 5-15 manat arasında dəyişir.

Ziyarətçilərin rahatlığının və bilet satışının effektivliyinintəmin edilməsi üçün biletlərin satışı kompleks, qoruq və muzeylərdəolan müvafiq kassalarla yanaşı, iticket.az onlayn platformasıüzərindən də həyata keçirilir.

Chosen
3
14
az.trend.az

10Sources