EN

Bələdiyyə seçkilərində səsvermə hüququ olan şəxslərin sayı 5 milyon 961 min 625 nəfərdir

Bakı, 21 yanvar, AZƏRTAC

Yanvarın 29-da keçiriləcək bələdiyyə seçkiləri üçün 5 milyon 961 min 625 seçicinin adı qeydiyyata alınıb.

AZƏRTAC xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov qurumun yanvarın 21-də keçirilən iclasında deyib.

O bildirib ki, 125 dairədən 7-si işğaldan azad edilən ərazilərdə yerləşir. O dairələrdə seçkilər keçirilməyəcək. Buna görə də bələdiyyə seçkilərində səs verən seçicilərin sayı ümumi seçicilərin sayından az olur.

Məzahir Pənahov vurğulayıb ki, bələdiyyə seçkilərinə hazırlıq prezident və parlament seçkilərinə hazırlıqdan geri qalmamalıdır.

Chosen
30
46
azertag.az

10Sources