İran diplomatiyası rəhbərinin müavini Kazım Qəribabadi Tehranın ABŞ-ın yeni prezidenti Donald Trampla danışıqlara hazır olduğunu açıqlayıb.
İran İslam Respublikası XİN rəhbərinin müavini qeyd edib ki, Tehran sanksiyaların ləğvi məsələsində Vaşinqtonla danışıqları bərpa etmək niyyətindədir. Eyni zamanda, nazir müavini vurğulayıb ki, danışıqlar prosesinə başlamaq üçün qarşı tərəfin istəyi lazımdır, bundan sonra mütləq müzakirələr aparılacaq.
//Samir Qurbanov, Editor.az