EN

“B2 First” Kembric kvalifikasiyası imtahanı üçün qeydiyyat davam edir

İmtahan 8 fevral 2025-ci il tarixində DİM-in Binəqədi rayonu, Süleyman Sani Axundov  küçəsi, 50 ünvanında yerləşən binasında təşkil olunacaq.

Bu barədə DİM-dən AzEdu.az-a məlumat verilib.

İmtahanda iştirak etmək üçün son qeydiyyat tarixi 4 fevraldır.

“B2 First” imtahanı namizədlərin daha yüksək səviyyəli imtahanlara hazırlaşmaları üçün bir vasitədir və onların ingilis dilli mühitdə özünəinamlı şəkildə ünsiyyət qurmaqları üçün lazım olan dil bacarıqlarını qiymətləndirir.

Bu imtahan 4 bölmədən ibarətdir:

Oxu və ingilis dilinin istifadəsi (Reading and Use of English) - 1 saat 15 dəqiqə;

Yazı (Writing) – 1 saat 20 dəqiqə;

Dinləmə (Listening) - 40 dəqiqə;

Danışıq (Speaking) – 16 dəqiqə.

İmtahanın oxu və ingilis dilinin istifadəsi, yazı və dinləmə bölmələri kompüter vasitəsilə, danışıq bloku isə əyani formada keçirilir. Digər beynəlxalq imtahanlardan fərqli olaraq Kembric kvalifikasiya imtahanlarının danışıq bölməsi namizədlərin cüt (və ya 3 nəfərdən ibarət qrup) şəkildə iştirakı ilə danışıq mütəxəssisləri tərəfindən aparılır.

İmtahan iştirakçıları nəticələrini elektron qaydada 2 həftə sonra əldə edə bilərlər.

Qeydiyyat və Kembric kvalifikasiyaları barədə daha ətraflı məlumatla DİM-in müvafiq səhifəsindən tanış olmaq mümkündür.

 

Chosen
42
50
azedu.az

10Sources