Müğənni Şəbnəm Tovuzlu "Rəngarəng" verilişində boyu və çəkisi barədə danışıb.
"Estetik əməliyyatım az olub. Biz, tovuzlular xəmir xörəkləri, şirniyyatı çox sevirik. Nə qədər çox sevsəm də, son vaxtlar özümü saxlayıram. Bu kifayətdir. Deyirlər ki, xanım 75 kilo çəkidə daha gözəl görünür. Xeyr, məncə, 68 kilo əladır. Boyum 1,55-dir".