EN

Emil Balayev 100-ə çatdı, 38-ci oldu

Futbol üzrə Azərbaycan Premyer Liqasının 2024/2025-ci illər mövsümünün 20-ci turu Emil Balayev üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, “Neftçi”nin qapıçısı Azərbaycan çempionatlarında 100-cü matçını keçirib.

Onun yubileyi “Araz-Naxçıvan”la səfər görüşünə (1:2) təsadüf edib. Emil bu görüşlərdə 126 top buraxıb.

O, Premyer Liqada 4 komandada forma geyinib. Balayev “Neftçi”də 13 (13 top buraxıb), “Səbail”də 69 (101 top buraxıb), “Zirə”də 1 (1 top buraxıb), “Qarabağ”da 17 (11 top buraxıb) matç keçirib.

Qeyd edək ki, Emil ölkə çempionatları tarixində 100 və daha çox oyun keçirən 38-ci qapıçıdır.

Emil Balayev karyerası ərzində “Səbail”, “Tobol” (Qazaxıstan), “Qarabağ”, “Zirə”, “Turan” (Qazaxıstan) kimi klublarda da forma geyinib. O, 2019-cu ilin sentyabr ayında debüt etdiyi Azərbaycan millisinin heyətində də 14 oyuna çıxıb.

Chosen
33
6
arena.az

10Sources