EN

İnfarktlarla bağlı məşhur MİF – həkim danışdı

 

“Yağsız süd infarktın inkişafına mane olmur”

Medianews.az xarici mediaya istinadən xəbər verir ki, bunu həkim Aleksandr Myasnikov deyib.

Myasnikovun sözlərinə görə, tibb ictimaiyyəti əvvəllər yağsız südün yağlı süddən daha sağlam olduğunu iddia edirdi. “Son araşdırmalar deyir ki, yox, daha sağlam deyil, yağsız süd infarktın inkişafına mane olmur” deyə həkim ümumi yanlış təsəvvürü təkzib edib.

Mütəxəssis yağsız süd istehlak etmək tövsiyəsini yağlı südün tərkibində mono doymamış yağların olması ilə izah edib. Həkim deyib ki, onlara ehtiyac var, amma artıqlığı zərərlidir, ona görə də az yağlı yemək tövsiyə etdilər, lakin bu gün belə bir əlaqə tapmırlar.

Bioloq Ekaterina Baranova, öz növbəsində, yağsız südün də xolesterol səviyyəsinə heç bir təsiri olmadığını qeyd edib.

Chosen
13
medianews.az

1Sources