İran İnqilab Keşikçiləri Korpusu tərəfindən hazırlanmış yeni PUA-nı təqdim edib.
Publika.az xəbər verir ki, bu barədə yerli mətbuatda bildirilib.
“Qəzza” adlı PUA-nın “Böyük Peyğəmbər 19” hərbi təlimində ilk dəfə istifadə edildiyi və 8 hədəfin müvəffəqiyyətlə məhv edildiyi qeyd olunub.
PUA-nın qanad açıqlığının 22 metr, çəkisinin 3100 kiloqram olduğu, 35 saat havada qala biləcəyi və saatda 350 kilometr sürətə çatdığı bildirilib.