EN

Rusiyanın axtarışa verdiyi sabiq hakim Bakıda saxlanıldı

Rusiya tərəfindən beynəlxalq axtarışa verilən Krasnodar vilayətinin sabiq hakimi Yelena Xaxalyeva Bakıda saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanları məlumat verib.

“Krasnodarın sabiq hakimi Yelena Xaxalyeva Bakı hava limanında saxlanılıb. Bu barədə axtarışın təşəbbüskarı kimi Rusiya Federasiyasının hüquq-mühafizə orqanlarına məlumat verilib”, - agentliyin mənbəsi bildirib.

“Kommersant” nəşrinin məlumatında isə Rusiyanın onun ekstradisiyası ilə bağlı Azərbaycana müraciət ünvanlayacağı qeyd olunub.

Xaxalyeva dələduzluq və xidməti vəzifəsindən sui-istifadə etməkdə təqsirləndirilir. Onun 2016-2019-cu illərdə 127 iş günü işdə olmadığı və qanunsuz olaraq 1 milyon 195 min rubl maaş aldığı bildirilir.

2020-ci ilin yayında Xaxaleva çoxsaylı iştirak etmədiyi üçün Krasnodar vilayət məhkəməsinin hakimi statusundan məhrum edilib. Bundan əlavə, mediada sabiq hakimin diplomunun saxta olduğunu bildirən bir sıra xəbərlər tirajlanıb.

Chosen
41
6
qafqazinfo.az

10Sources