EN

"Lokomotiv"dən Braziliya klubuna

"Lokomotiv Moskva" klubunun cinah oyunçusu Pedro Qabriel (Pedrinyo) icarə əsasında Braziliyanın "Kuyaba" klubuna keçib.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə "dəmiryolçular"ın rəsmi teleqram kanalı məlumat yayıb.

25 yaşlı futbolçunun icarə müddəti 2025-ci ilin sonuna kimi hesablanıb. 

Xatırladaq ki, “Lokomotiv” Pedronu 2022-ci ilin sentyabrında alıb. Lakin, cəmi bir neçə ay sonra oyunçu Sao Pauloya icarəyə getdi, bundan sonra Amerika və Santosda oynadı. Cinah oyunçusu "Lokomotiv"in heyətində cəmi 9 oyun keçirib, 4 qol vurub və bir məhsuldar ötürmə edib.

Chosen
43
21
90deqiqe.az

10Sources