2024-cü ildə icmal büdcənin gəlirləri 47 milyard 947 milyon manat, xərcləri isə 42 milyard 866,2 milyon manat icra olunub.
Bizim.Media xəbər verir ki, bu, 2024-cü il üzrə Azərbaycan Respublikasının icmal və dövlət büdcələrinin icrasına (operativ) dair məlumatda bildirilib.
Qeyd edilib ki, icmal büdcədə 5 milyard 80,8 milyon manat büdcə artıqlığı (profisit) yaranıb.
Bizim.Media