2024-cü ildə Azərbaycanda dövlət əmlakının icarəyə verilməsindən dövlət büdcəsinə 37,6 milyon manat vəsait daxil olub.

İndex.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2023-cü illə müqayisədə 20,1% çoxdur.

Hesabat dövründə dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar büdcə gəlirlərinin 0,1 %-ni təşkil edib.