EN

Gürcüstan MSK-nın sədri və üzvlərinə silah gəzdirmək hüququ verilir

Gürcüstanın Mərkəzi Seçki Komissiyasının (MSK) sədri və üzvləri xidməti silah gəzdirmək hüququna malik olacaqlar.

Teleqraf.com-un yerli bürosu xəbər verir ki, bununla bağlı Gürcüstanın hakim "Gürcü Arzusu" partiyasının deputatları qanunvericilik təşəbbüsü hazırlayıblar.

Sənədə əsasən, MSK sədri və üzvləri “Silah haqqında” qanuna uyğun olaraq öz səlahiyyətlərini həyata keçirərkən xidməti silah gəzdirmək hüququna malik olan şəxslərin siyahısına əlavə ediləcək.

Qeyd olunub ki, səlahiyyət müddəti başa çatdıqdan sonra son 4 ili ərzində səlahiyyətlərini fasiləsiz icra etmiş MSK üzvlərinin özünümüdafiə silahı gəzdirmək hüququ saxlanılacaq.

Seçki qanunvericiliyinin pozulması məhkəmənin qərarı ilə təsdiq edilmiş MSK üzvünün isə bu imkanı olmayacaq.


Müəllif: Cəmilə Babayeva
Chosen
19
1
teleqraf.com

2Sources