EN

"Lion" baş məşqçisini qovdu

Fransanın "Lion" klubunun baş məşqçisi Pyer Saget tutduğu vəzifədən azad edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Fransa klubunun mətbuat xidməti məlumat yayıb.

Mütəxəssislə yanaşı, onun bütün məşqçilər korpusu komandanı tərk edib.

Xatırladaq ki, 45 yaşlı mütəxəssis 2023-cü ilin noyabrından komandaya rəhbərlik edir.

O, "Lion"un sükanı arxasında Fabio Qrossonu əvəzləyib.

Fransa çempionatının 19 turundan sonra "Lion" 30 xal toplayıb və turnir cədvəlinin altıncı pilləsində qərarlaşıb.

Chosen
24
operativmm.az

1Sources