M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalının səhnəsində "Wave band"-in konserti keçirilib.
Mətin İbrahimli (bədii rəhbər, piano) , Fəxri Dünyamalıyev (saksafon), Ərgün Camalzadə (elektro gitar), Sənan Rafael (bass gitara), Vaqif Rəsulzadə və Adnan Kərimli (zərb alətləri) öz maraqlı ifalarını musiqisevərlərə təqdim edib.
Konsertdə ifaçılar "Neon star", "Night birds", "Sway", "Havana express", "Easier said that done", "Billie jean", "September" kimi sevilən pop-estrada musiqi nümunələri ilə dinləyicilərin zövqünü oxşayaraq gecəni yadda qalan edib.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az