Əgər son dəqiqə sürprizləri olmasa, səfirlər Avropa Birliyinin mülki missiyasının daha iki il, 2027-ci il fevralın 19-dək Ermənistanda qalacağı layihəni təsdiq edəcəklər.
Publika.az xəbər verir ki, bunu “Azadlıq” radiosunun Avropa üzrə redaktoru Rikard Jozviak bildirib.
Qərar layihəsinə əsasən, müşahidəçilərin tərkibi və sayı dəyişməz qalacaq: 165 beynəlxalq müşahidəçi və Ermənistandan 44 əməkdaş. Missiyanın müşahidə zonası, rəsmi açıqlamaya görə, Naxçıvan bölməsi də daxil olmaqla, bütün Ermənistan-Azərbaycan sərhədi boyunca uzanacaq.