EN

Azərbaycan və Özbəkistan XİN başçıları Ankarada “Kompleks Tədbirlər Proqramı”nı təsdiqlədi - FOTO

Xəbər verdiyimiz kimi, bu gün Ankarada Türkiyə, Azərbaycan Özbəkistan xarici işlər nazirlərinin üçtərəfli formatda görüşü keçiriləcək.
 
Azərbaycan XİN başçısı Ceyhun Bayramov səfər çərçivəsində Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidovla görüşüb.
 
Moderator.az xəbər verir ki, nazir bu barədə “X” platformasında paylaşıb edib:
 
“Azərbaycan, Türkiyə və Özbəkistan Xarici İşlər, Ticarət/İqtisadiyyat və Nəqliyyat nazirlərinin 2-ci üçtərəfli görüşü çərçivəsində həmkarım, qardaş Özbəkistanın xarici işlər naziri ilə görüşməkdən məmnunam. Həmkarımla birlikdə “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə bağlı Kompleks Tədbirlər Proqramı”nı imzaladıq. Biz əminik ki, diplomatik münasibətlərimizin 30 illiyini qeyd etdiyimiz 2025-ci il müttəfiqlik münasibətlərimizin tarixində daha bir əlamətdar il olacaq”,- deyə nazir qeyd edib.
Chosen
18
50
moderator.az

10Sources