EN

PSJ-nin 59 fanatı həbs edildi

Çempionlar Liqasının Liqa mərhələsinin 8-ci turu çərçivəsində bu gün "Ştutqart"ın qonağı olacaq PSJ-nin fanatları ilə yerli azarkeşlər arasında dava düşüb.

Fanat.Az xəbər verir ki, məlumatı "RMC Sport" yayıb.

Xəbərə görə, qarşıdurma zamanı ciddi xəsarət alanlar olmasa da, 59 nəfər həbs edilib. Mənbə saxlanılanların hamısının Fransa nəhənginin azarkeşləri olduqlarını vurğulayıb. 

Qeyd edək ki, "Ştutqart" - PSJ matçı Bakı vaxtı ilə 00:00-da start götürəcək. Paris təmsilçisi ÇL-in turnir cədvəlində 10 xalla 22-ci, "Ştutqart" isə eyni xalla 24-cü sırada mövqe tutub.

Nihat
  
 

Chosen
23
fanat.az

1Sources