"Azərbaycan Hava Yolları" QSC 2023-cü ili 117 milyon 683 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2022-ci ili 110 milyon 620 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, AZAL-ın xalis mənfəəti 2022-ci illə müqayisədə 2023-cü ildə 7 milyon 63 min manat və ya 6,4% artıb.
Marja.az xəbər verir ki, AZAL-ın daşımalar üzrə və sair gəlirləri 2022-ci ildə 1 milyard 149 milyon 954 min manat ikən, 2023-cü ildə 1 milyard 473 milyon 161 min manat təşkil edib.
Xəbər yenilənəcək..