Gələn ay bütün pensiyalar artırılmış formada ödəniləcək. Metbuat.az xəbər verir ki, bu artımlar iki istiqamətdə həyata keçiriləcək.Birincisi, ilin əvvəlindən hesablanmaqla pensiyaların indeksləşdirilərək artırılması; ikincisi isə fevralın 1-nə 320 manatdan aşağı olan pensiyaların həmin tarixdən etibarən 320 manata çatdırılmasıdır.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən növbəti kollegiya iclasında bildirilib.