EN

Daha bir təyyarə qəzası: 3 nəfər ölüb

Venesuelanın paytaxtı Karakasın El Vulkan bölgəsində qəzaya uğrayan təyyarədə olan 3 nəfər həyatını itirib.

"Cebheinfo.az" xəbər verir ki, Venesuela Daxili İşlər və Ədliyyə Nazirliyinə aid olduğu bildirilən təyyarənin Santyaqo Marino Hava Limanına getmək üçün La Karlota hərbi hava bazasından yola düşdüyü deyilir.  Lakin hələ naməlum səbəbdən El Volkan bölgəsində qəzaya uğrayıb.

Qəzada təyyarədə olan 3 ekipaj üzvü həyatını itirib. Hadisə ilə bağlı araşdırma başladılıb.

Chosen
12
1
cebheinfo.az

2Sources