Yüngül çəkidə keçmiş UFC çempionu Həbib Nurməhəmmədov Konor Makqreqor və Pol Hyuz arasındakı münaqişəyə münasibət bildirib.

Offsideplus.az xəbər verir ki, irlandiyalı gənc yüngül çəkidə məşhur həmyerlisinin ona qarşı təhqiramiz hücumuna məruz qalıb. Buna səbəb onun, keçən həftə Dubayda keçirilən PFL turnirində Usman Nurməhəmmədova məğlub olmasıdır. Həbib isə Makqreqorun bu sözlərindən sonra, Hyuzu dəstəklədiyini bildirib.

Qeyd edək ki, Pol Hyuz Dubayda keçirilən PFL turnirində rəqabətli 5 raundun sonunda səs çoxluğu ilə rusiyalı döyüşçü Usman Nurməhəmmədova mğlub olub.