EN

Qəzaya uğrayan ABŞ təyyarəsində rusiyalı idmançılar da olub

ABŞ-də helikopterlə toqquşaraq qəzaya uğrayan “American Airlines” təyyarəsinin göyərtəsində rusiyalı idmançılar da ola bilər.

Missiya.Az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. 

Məlumatda qeyd olunur ki, idman agenti Ari Zakarian təyyarədə qrup fiqurlu konkisürənlərin olduğunu bildirib. Ehtimallara görə, onların tərkibinə iki rusiyalı məşqçi də daxildir. Onlar Fiqurlu Konkisürmə Çempionatının keçirildiyi Viçitadan Vaşinqtona uçmalı idilər. 

Qeyd edək ki, “Bombardier” sərnişin təyyarəsi Vaşinqton yaxınlığında hərbi “Black Hawk” helikopteri ilə toqquşub.

ElcanMissiya.Az

Chosen
23
missiya.az

1Sources